Reklam resmi
Reklam resmi

Şampun şüşələrində marixuana tapıldı

Şampun şüşələrində marixuana tapıldı
Dünya

İzmir Avtovağzalında keçirilən əməliyyat zamanı şampun şüşələrinə gizlədilmiş 11 qram marixuana aşkarlanıb. Hadisə ilə bağlı 3 nəfər nəzarətə götürülüb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,İzmir İl Təhlükəsizlik Müdirliyi Narkotiklərlə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı terminalın baqaj hissəsində “Erez” adlı xidməti it vasitəsilə axtarış keçirilib.

Nəticədə şampun şüşələrinin içində gizlədilmiş narkotik maddə aşkar edilərək götürülüb. Paketi almaq istəyən 3 şübhəli dərhal saxlanılıb.

Səlahiyyətlilər bildiriblər ki, şübhəlilər barəsində istintaq hərəkətləri davam etdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
İzmir Türkiyə

Digər Xəbərlər