Gəncədə AĞIR QƏZA: ÖLƏNLƏR VAR
Gəncədə iki minik avtomobilinin toqquşduğu ağır yol qəzası baş verib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili ilə "Toyota" toqquşub. Qəza nəticəsində bir nəfər - Tural Qənbərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.
Mövzular: