Reklam resmi
Reklam resmi

Azərbaycanlı iş adamı HƏBS EDİLDİ

Azərbaycanlı iş adamı HƏBS EDİLDİ
Dünya
1042

Voronejdə Azərbaycan diasporunun lideri və şəhərin ən böyük bazarının ortağı Yusif Xəlilov həbs edilib.

Ajans.az xəbər verir ki, bu barədə Baza teleqtam kanalı məlumat paylaşıb. 

Məlumata görə, təhlükəsizlik qüvvələri bu ilin mart ayında Xəlilovun həkimə 330 min rubl pul köçürdüyünü iddia edir.

Məbləğin bir hissəsi vasitəçi ilə, qalan 100 min rubl isə karta köçürülüb.

Avqustun 16-da saxlanılan Xəlilov özü ifadə verməkdən imtina edib və təqsirini boynuna almayıb.

Hazırda o, həbsdədir. Onu 7 ildən 12 ilə qədər həbs və deportasiya gözləyir.

Qeyd edək ki, o, ilk dəfə iyulun 1-də saxlanılıb.

Əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş adamı sərbəst buraxılıb.

Mövzular:
Voronej azərbaycanlı sahibkar vilayət həbs

Digər Xəbərlər