Yüngül mühərrikli təyyarə QƏZAYA UĞRADI - Bu ölkədə...
Qazaxıstanın Akmola vilayətində yüngül dərəcəli “Aerostar R40F UP-LA229” təyyarəsi qəzaya uğrayıb, iki nəfər, bir pilot və bir sərnişin ölüb.
Ajans.az xəbər verir ki, bu barədə respublikanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Qəzanın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən ibtidai istintaqa başlanılıb.
Mövzular: