Rusiyada azərbaycanlı uşaq 13-cü mərtəbədən yıxılaraq ÖLDÜ
Rusiya Federasiyasında azərbaycanlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Ajans.az xəbər verir ki, hadisə Moskva şəhərində baş verib.
Belə ki, 3 yaşlı Amiral Seyidov binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Məlumata görə, mərhumun atası əslən Cəlilabad rayonundandır.
O, uzun müddətdir ki, Rusiyada yaşayır.
Mövzular: