Reklam resmi
Reklam resmi

Maqnit qasırğaları gözlənilir

Maqnit qasırğaları gözlənilir
Dünya

Günəşdə yaranan böyük tac dəliyi yaxın günlərdə maqnit qasırğalarına səbəb ola bilər.

Ajans.az Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAS) Günəş astronomiyası laboratoriyasına istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, tac dəliyi bir neçə gün əvvəl Günəşin Yerə baxan tərəfində formalaşaraq böyüməyə başlayıb. Son 24 saat ərzində onun ölçüsü 50 faiz artıb.

Alimlər bildiriblər ki, dəliyin yerləşdiyi bölgədən xüsusilə sürətli və sıx günəş küləyi axını müşahidə ediləcək. Bu axın Yerə çatdıqda maqnit sahəsində pozuntular və qasırğalar yarada bilər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Maqnit qasırğa Günəş

Digər Xəbərlər