Reklam resmi
Reklam resmi

Ceff Bezosun anası vəfat edib

Ceff Bezosun anası vəfat edib
Dünya

Amazon-un qurucusu Ceff Bezosun anası Ceklin “Ceki” Gise Bezos Lewy bədən demansı ilə uzun sürən mübarizədən sonra 78 yaşında dünyasını dəyişib.

Ajans.az Bezosun sosial şəbəkəsinə istinadən xəbər verir ki, ailəsinin “onun həyatında olduğu üçün çox şanslı” olduğunu bildirib.

Bezosun sözlərinə görə, anası Mayamidəki evində ailə üzvlərinin əhatəsində vəfat edib. Onun həyat yoldaşı Mayk, üç övladı, 11 nəvəsi və bir nəticəsi var.

Nekroloqda Ceki Bezos ABŞ və Afrikadakı tələbələri dəstəkləyən “Bezos Alimlər Proqramı” və 2000-ci ildə yaradılan Bezos Ailəsi Fondu vasitəsilə təhsilin inkişafına verdiyi töhfələrlə xatırlanıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ceff Bezos Amazon

Digər Xəbərlər