Reklam resmi
Reklam resmi

Rusiyaya HÜCUM- İçində döyüş sursatları olan "Port Olya 4" zədələnib

Rusiyaya HÜCUM- İçində döyüş sursatları olan \"Port Olya 4\" zədələnib
Dünya
546

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Həştərxan vilayətindəki "Olya" dəniz limanına zərbə endirib.

Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmənin havadan zərbələr endirmək imkanlarının azalması çərçivəsində avqustun 14-də Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər tərkib hissələri ilə birlikdə Rusiyanın Həştərxan vilayətinin "Olya" dəniz limanına atəş zərbəsi endirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, bu obyekt İrandan hərbi təyinatlı malların çatdırılması üçün mühüm logistika məntəqəsi kimi istifadə olunur. Məlumata görə, İrandan alınan “Shahed” tipli PUA-ların hissələri və döyüş sursatlarının yükləndiyi "Port Olya 4" gəmisi zədələnib. \ report.az

Mövzular:
Ukrayna Rusiya Hücum Həştərxan vilayəti "Olya" dəniz limanı

Digər Xəbərlər