Bu ölkədə WhatsAppın fəaliyyətində bəzi MƏHDUDİYYƏTLƏR
Rusiya hakimiyyəti WhatsApp və Telegram messencerlərində səsli zəng funksiyasını qadağan etməyə hazırlaşır.
Ajans.az Ostorozhno Media-ya istinadən xəbər verir ki, qərar artıq yüksək səviyyədə qəbul edilib və terrorizmlə mübarizə tədbiri kimi əsaslandırılır.
Məlumata görə, yekun məsləhətləşmələr bu gün başa çatmalıdır. Qadağa yalnız səsli zənglərə şamil ediləcək, mətn yazışmaları və kanallar isə əlçatan qalacaq.
Nəşrin mənbələri bildirir ki, hətta xarici SİM kartlarından istifadə belə məhdudiyyətlərdən yayınmağa imkan verməyəcək. Təhdidlərə qarşı texniki vasitələr (TMTS) bu tip trafikə də təsir göstərə bilir.
Mövzular: