Reklam resmi
Reklam resmi

Ukrayna qoşunlarını Donbasdan ÇIXARMAYACAQ

Ukrayna qoşunlarını  Donbasdan ÇIXARMAYACAQ
Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi Donbasdan qoşunlarını çıxara bilməz, çünki oradan yeni hücum təhlükəsindən ehtiyat edir.

Ajans.az Unian-a istinadən xəbər verir ki, bunu bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

“Biz Donbasdan çıxmayacağıq. Biz bunu edə bilmərik. Donbas mümkün yeni hücum üçün strateji mövqe rolunu oynayır", - Prezident deyib.

Zelenski Donbası rusların “yeni hücumu üçün tramplin” adlandırıb.

Münaqişənin danışıqlar yolu ilə həllinin mümkünlüyündən danışan Zelenski, bunun üçün liderlər səviyyəsində üç görüşün lazım olacağını bildirib.

Onun fikrincə, bu görüşlərdən ikisi ikitərəfli, biri isə üçtərəfli görüş olmalıdır.

Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə qoşun

Digər Xəbərlər