Məhşur prodüser vəfat edib
Hollivud prodüseri və Emmi mükafatı laureatı Maykl Klik 77 yaşında vəfat edib.
Ajans.az Deadline-a istinadən xəbər verir ki, prodüserin ölümünü qızı Keytlin təsdiqləyib. O, atasının Los-Ancelesdəki evində yuxuda sakit şəkildə dünyasını dəyişdiyini bildirib.
Maykl Klik “Vətən” və “24” seriallarının prodüseri kimi tanınır, həmin layihələrin müvafiq olaraq 96 və 120 seriyasında çalışıb. O, iki dəfə “Emmi” mükafatına layiq görülüb, 10-dan çox mükafat və nominasiyanın sahibidir. Klik həmçinin “X-Files”, “Prison Break” və “Love and Death” kimi məşhur layihələrdə də çalışıb.
Mövzular: