Reklam resmi
Reklam resmi

Labubuya görə evdə dağıntı törədib

Labubuya görə evdə dağıntı törədib
Dünya

Çində uşaq bahalı “Labubu” oyuncağına görə əsəbiləşərək 100 min yuanlıq güzgü tavanı və 300 min yuanlıq kristal çilçıraqı sındırıb.

Ajans.az “South China Morning Post”-a istinadən xəbər verir ki, hadisə məşhur çinli bloqqer Kiçik Azhengin qohumlarının evində baş verib. Ziyarət zamanı bloqqer uşağa qiymətli daşlarla bəzədilmiş nadir “Labubu” oyuncağını göstərib. Oyunçağı istəyən uşaq bloqqerin onu nə hədiyyə, nə də satış üçün verməkdən imtina etməsindən sonra əsəbiləşib.

Uşaq pultu tavana ataraq dəyəri 100 min yuan (təxminən 1,2 milyon rubl) olan güzgü tavanı sındırıb. Nəticədə tavanla birlikdə 300 min yuan (təxminən 3,6 milyon rubl) dəyərindəki kristal çilçıraq da qırılıb.

Bloqqerin valideynləri maddi vəziyyətlərinin zəif olduğunu bildirərək yalnız 20 min yuan (təxminən 240 min rubl) təzminat təklif ediblər. Onlar dəymiş ziyanı hissə-hissə ödəyəcəklərini, məhkəməyə müraciətin isə mənasız olduğunu deyiblər. Bloqqer isə təklifi qəbul etsə də, vəziyyəti “emosional şantaj” kimi qiymətləndirib.

İddialara görə, valideynlər hadisənin ictimailəşməməsi üçün bloqqerdən xahiş ediblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Labubu Çin

Digər Xəbərlər