23 balina ölü tapılıb
Balinalar bazar günü Sandey adasında aşkar edilib və bir neçə gün əvvəl öldükləri ehtimal olunur. Hazırda ölüm səbəbini müəyyən etmək üçün testlər aparılır.
Ajans.az Scottish Marine Animal Stranding Scheme (Smass) təşkilatından Emma Neave-Webb-a istinadən xəbər verir ki,heyvanlar sağlam və yaxşı qidalanmış görünüblər, heç bir yaralanma və ya xəstəlik əlaməti aşkarlanmayıb. Onun sözlərinə görə, toxuma, dəri, yağ nümunələri və genetik analizlər aparılaraq balinaların bir-biri ilə əlaqəsi və həyat tərzi öyrəniləcək.
Keçən il eyni adada 77 balina sahilə çıxmış, onlardan sağ qalanlara evtanaziya tətbiq edilmişdi. Neave-Webb qeyd edib ki, bu cür hadisələr Yeni Zelandiya və Avstraliya kimi yerlərdə tez-tez baş verir, pilot balinalar isə kütləvi şəkildə sahilə çıxmağa meyllidir.
Hazırkı hadisə sahildə baş verdiyi üçün utilizasiya prosesi çətin olacaq və ehtimal ki, cəsədlər təbii yolla parçalanmağa buraxılacaq.