Məşhur müğənni xəstəxanaya yerləşdirilib
2023-cü ildə iranlı voleybolçu Mehdi Kərimi ilə ailə quran müğənni Lara xəstəxanaya yerləşdirilib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Lara xəstəxanadakı çarpayısında çəkdiyi şəkli İnstaqramda paylaşaraq, telefon zənglərinə cavab verə bilmədiyini bildirib.
O, paylaşımında deyib:
"Dostlar, qrip məni artıq 5 gündür yatağa salıb. Telefona cavab verə bilmirəm. Zəng edib hal-əhval tutan hər kəsə təşəkkür edirəm. İnşallah, bir neçə günə sağalacağam və Yozgat konsertinə əla formada gedəcəm."
Mövzular: