Qadın həkim ölü tapılıb
İstanbulun Kağıthane rayonunda fəaliyyət göstərən özəl xəstəxananın təcili tibbi yardım mütəxəssisi, 35 yaşlı Sedanur Bağdigen mənzilində ölü tapılıb.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,qadın Basketbol Milli Komandasının da həkimi olduğu bildirilən Bağdigenin qolunda IV dərman sistemi aşkar edilib.
Hadisə ötən gün saat 13:00 radələrində Emniyet Evleri məhəlləsində qeydə alınıb. Həmkarlarının onunla əlaqə saxlaya bilməməsindən sonra polisə məlumat verilib. Çilingərin köməyi ilə mənzilə daxil olan hüquq-mühafizə orqanları Bağdigeni yataq otağında hərəkətsiz vəziyyətdə tapıblar.
Tibbi müayinədən sonra həkimin həyatını itirdiyi təsdiqlənib. Meyit ekspertiza üçün Ədli Tibb Təşkilatına göndərilib. Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.
Mövzular: