Meduza sürüsü atom elektrik stansiyasının fəaliyyətini dayandırdı
Fransanın şimalındakı Gravelines atom elektrik stansiyası soyutma sisteminə meduza sürüsünün daxil olması səbəbindən fəaliyyətini dayandırıb.
Ajans.az The Guardian-a istinadən xəbər verir ki,hadisə bazar günü axşam saatlarında baş verib və stansiyanın dörd reaktoru avtomatik olaraq söndürülüb.
Elektrik istehsalçısı EDF-in açıqlamasına görə, Şimal dənizinə qoşulan kanaldan soyudulan stansiyanın 2, 3 və 4-cü reaktorları nasos stansiyasının filtr barabanlarının “kütləvi və gözlənilməz” meduza sürüsü ilə dolması nəticəsində dərhal offline olub. Qısa müddət sonra 6-cı reaktor da fəaliyyətini dayandırıb. Digər iki blok isə planlı təmir səbəbindən öncədən dayandırılmışdı.
Bununla əlaqədar olaraq, Kale və Dunkirk şəhərləri arasında yerləşən və Fransanın ən iri atom elektrik stansiyalarından biri sayılan Gravelines-də enerji istehsalı müvəqqəti olaraq tamamilə dayandırılıb.
Mütəxəssislərin sözlərinə görə, bir neçə meduza növü Şimal dənizində yay aylarında suyun istiliyi artanda sahil zolağında tez-tez görünür.
EDF vurğulayıb ki, insident nə obyektlərə, nə işçilərə, nə də ətraf mühitə təhlükə yaradıb.