Reklam resmi
Reklam resmi

Xalq artistinin ölüm səbəbi AÇIQLANDI

Xalq artistinin ölüm səbəbi AÇIQLANDI
Dünya
3860

Rusiyanın xalq artisti İvan Krasko insult və xərçəngin yaratdığı fəsadlar səbəbindən dünyasını dəyişib.

 Ajans.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktyorun ölüm səbəbini "Mash" nəşri açıqlayıb .

Nəşrin məlumatına görə, Krasko son bir neçə ildə insultla ilə mübarizə aparıb. 2023-cü ildə o, dördüncü dəfə insult keçirdi, nəticədə bədəninin sol tərəfini hiss etməyi dayandırdı. Bundan başqa, sənətçi mədə-bağırsaq xərçənginə tutulub.

Kraskonun ölüm xəbəri avqustun 9-da yayılIB. Onun 94 yaşı var idi.

Avqustun 1-də Kraskonun ağır vəziyyətdə reanimasiyaya aparıldığı bildirilir. Sənətçi təkbaşına nə yemək yeyə bilirdi, nə də su içə bilirdi.

İvan Krasko 1930-cu ildə Leninqrad vilayətində anadan olub. O, "Taiga imperatorunun sonu", "Alayın oğlu", "Qışda milli ovun xüsusiyyətləri", "Brejnev", " Taras Bulba " və "Buz" kimi onlarla filmlərdə rol alıb. 1992-ci ildə Rusiyanın xalq artisti adını alıb.

Mövzular:
Rusiya Xalq artisti İvan Krasko

Digər Xəbərlər