Reklam resmi
Reklam resmi

Ustad sənətkar vəfat edib

Ustad sənətkar vəfat edib
Dünya

“Sevgilim”, “Bəliləmirəm”, “Mükafat”, “Yeter ki” kimi unudulmaz əsərlərin müəllifi, məşhur sənətkar Səadət Günəş 81 yaşında dünyasını dəyişib.

Ajans.az Haber Global-a xəbər verir ki,1970-ci illərdə mahnıları ilə tanınan sənətçi barədə üzücü xəbəri onun dostu, aktrisa və müğənni İşıl Yücesoy sosial şəbəkədə paylaşıb:

"Ay can dostum… Sən mənim ürəyimi necə qırıb getdin, heç xəbərin yoxdur. Biz belə gözəl sənətkarı, belə yaxşı insanı itirdik… Səadət Günəşim, sən heç vaxt unudulmayacaqsan. Başsağlığı veririk."

Səadət Günəş sənət karyerasına 1965-ci ildə teatr səhnəsində başlayıb, 1970-ci illərdə musiqi ilə məşhurlaşıb. 1990-cı ildə səhnə ilə vidalaşsa da, musiqidən uzaqlaşmayıb və müxtəlif nostalji layihələrdə çıxış edib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Səadət Günəş Türkiyə

Digər Xəbərlər