Gənc qızı yumruqlayan taksi sürücüsü nəzarətə götürülüb
İstanbulun Esenyurt rayonunda baş verən insidentdə taksi sürücüsü ilə piyada arasında mübahisə nəticəsində qadın yumruq zərbəsi alaraq huşunu itirib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə ötən gecə Bağlarçeşmə məhəlləsində qeydə alınıb. Yolun keçmək istəyən M.P. ilə taksi sürücüsü arasında mübahisə yaranıb. Mübahisə zamanı M.P.-yə sürücünün üzünə vurduğu yumruq zərbəsi onun huşunu itirməsinə səbəb olub. Daha sonra sürücü hadisə yerindən uzaqlaşıb.
Tibb işçiləri M.P.-yə dərhal yardım göstərərək onu xəstəxanaya çatdırıblar.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və sürücünün M.R. olduğunu müəyyən edərək saxlayıb. Hazırda şübhəli polis nəzarəti altındadır.
İstintaq davam edir.
Mövzular: