NASA astronavtı təqaüdə çıxdı
NASA-nın tanınmış astronavtı Butch Wilmore 286 günlük uzadılmış kosmik missiyasından cəmi bir neçə ay sonra təqaüdə çıxdı.
Ajans.az xəbər verir ki,62 yaşlı Wilmore-un ayrılması Çərşənbə günü rəsmi şəkildə elan edilib.
O və həmkarı Suni Uilyams 2023-cü ilin yayında Boeing-in Starliner kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya sınaq uçuşuna çıxmışdı. Planlaşdırılan bir həftəlik missiya Starliner kapsulundakı texniki nasazlıqlar səbəbindən doqquz aydan çox uzandı. Nəticədə, hər iki astronavt bu ilin martında SpaceX vasitəsilə Yerə qayıtdı.
Wilmore daha əvvəl Hərbi Dəniz Qüvvələrindən təqaüdə çıxmışdı. 2000-ci ildən bəri NASA astronavtı olan Wilmore ümumilikdə 464 gün orbitdə keçirmişdi ki, bunun üçdə ikisi son missiyanın payına düşür.
NASA-nın baş astronavtı Co Acaba onunla bağlı bildirib: “Butch astronavtlıq karyerası boyunca texniki mükəmməlliyin nümunəsi olub və əminik ki, gələcək fəaliyyətində də bu keyfiyyətlərini davam etdirəcək.”