Yaponiyada hərbi təyyarə okeana düşüb
Yaponiyada F-2A qırıcı təyyarəsi təlim uçuşu zamanı okeana düşüb.
Ajans.az xəbər verir ki,qəzadan havaya qalxan pilot sağ qalıb.
Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) F-2A qırıcısının Sakit Okean üzərində təlim uçuşu zamanı İbaraki prefekturasının sahillərində qəzaya uğradığını açıqlayıb. Saat 12:34-də baş verən qəzada təyyarədəki tək pilotun havadan çıxmağı bacardığı və UH-60J helikopteri tərəfindən sağ-salamat xilas edilərək xəstəxanaya aparıldığı bildirilib.
Qəzaya uğrayan təyyarənin İbaraki prefekturasındakı Hyakuri aviabazasına bağlı olduğu bildirilir.
Ərazidə gəmilərə heç bir ziyan dəymədiyi, ətraflı araşdırma aparıldığı bildirilib
Mövzular: