Ramzan Kadırovdan haqqında yayılan şayiələrlə bağlı AÇIQLAMA
Çeçenistan lideri Ramzan Kadırov səhhətinin yaxşı olduğunu bir daha bəyan edib.
Ajans.az xəbər verir ki, bu barədə o, videoçarxı Teleqram kanalında dərc olunan görüşdə deyib.
R.Kadırov bildirib: "Bir daha təkrar edəcəyəm ki, düşmənlərimiz bilsinlər: mən sağlamam. Hər gün görüşlər keçirməyimə ehtiyac yoxdur, çünki bütün sahələrdə köklü və uğurlu iş gedir".
2025-ci ilin mayında R.Kadırov xəstəliyi ilə bağlı xəbərləri şərh edib. O, ölümlə bağlı söhbətlərin şayiə olduğunu söyləyib.
Mövzular: