Avstraliyada son onilliklərin ən güclü QARI YAĞDI
Avstraliyanın şərqindəki şəhərlərə son onilliklərin ən güclü qarı yağıb.
Ajans.az "Reuters"ə istinadən xəbər verir ki, Yeni Cənubi Uelsin bəzi bölgələrində qar ötrüyünün qalınlığı 1980-ci illərdən bəri ilk dəfə 40 sm-ə çatıb.
Kvinslenddə isə son 10 ildə ilk dəfə qar yağıb.
Məlumata görə, 100-dən çox avtomobil yollarda qalıb.
Ölkənin şərqində bir sıra şəhərlər son onilliklərin ən qalın qar təbəqəsi ilə örtülüb, minlərlə ev işıqsız qalıb.
Mövzular: