Rumıniyada silah zavodu YANDI
Rumıniyanın Kucir şəhərində atıcı silahlar istehsal edən zavodda genişmiqyaslı yanğın baş verib.
Ajans.az ipn.md.en-ə istinadən xəbər verir ki, hadisə Cümə günü axşam qeydə alınıb. Avqustun 2-si gecə ilə yanğın çox böyümədən söndürülüb.
“Radio Rumıniya Actualitati” isə zavoda azı 400 min avro ziyan dəydiyi məlumatnı yayıb. Məlumatda deyilir: Yanğının qəsdən törədilməsi ehtimalı istisna olunmur.
Rumıniyanın iqtisadiyyat naziri Radu Mirutse hadisəni şərh edib: “Mən dəqiq nə baş verdiyini öyrənmək istəyirəm. Bütün mümkün variantlar nəzərdən keçirilir. Ekspertlərin nəticələrini gözləyirik”.
Mövzular: