Reklam resmi
Reklam resmi

Messi ağır zədə alıb

Messi ağır zədə alıb
Dünya

ABŞ-nin "İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi Liqalar Kubokunda "Nekaksa" (Meksika) komandasına qarşı ev oyununda zədələnib.

Ajans.az  TASS-a istinadən xəbər verir ki, argentinalı ayağından zədə alıb və matçın 11-ci dəqiqəsində əvəzlənib.

Matçdan sonra "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano bildirib ki, Messi dizaltı vətərində ağrı hiss edib.

Zədənin dəqiq xarakteri daha sonra məlum olacaq.

Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır.

Mövzular:
Messi futbol zədə

Digər Xəbərlər