Reklam resmi
Reklam resmi

Putin Laos prezidenti ilə görüşəcək

Putin Laos prezidenti ilə görüşəcək
Dünya

Rusiya Prezidenti Vladimir Putin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulith ilə danışıqlar aparacaq.

Ajans.az Kremlin mətbuat xidmətinə istinadən  xəbər verir ki, liderlər Rusiya ilə Laos arasında ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlıqla bağlı aktual məsələləri müzakirə edəcək, həmçinin əsas regional və qlobal mövzular üzrə fikir mübadiləsi aparacaq, bir sıra ikitərəfli sənədlər qəbul olunacaq.

Son illərdə Thongloun Sisoulith Rusiyaya mütəmadi səfərlər edib. Rusiya və Laos liderləri 2023-cü ilin oktyabrında, eləcə də 2024-cü ilin may və oktyabr aylarında yüksək səviyyəli görüşlər keçiriblər.

Mövzular:
Putin laos prezident

Digər Xəbərlər