Reklam resmi
Reklam resmi

Tokayev və Ərdoğan görüşdə Bakı-Tbilisi-Ceyhanın ixrac prespektivlərini MÜZAKİRƏ EDİBLƏR

Tokayev və Ərdoğan görüşdə  Bakı-Tbilisi-Ceyhanın ixrac prespektivlərini MÜZAKİRƏ EDİBLƏR
Dünya

Ankarada Bakı saatı ilə 19:00-da Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş başlayıb. Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qazaxıstan neftinin ixracının artırılması perspektivlərini müzakirə ediblər.

Ajans.az xəbər verir ki, bu bardə Akorda məlumat yayıb.
Məlumata görə, bu, iki dövlət arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası zamanı müzakirə olunub.
Tərəflər enerji sahəsində əməkdaşlığa toxunublar. Tokayev türk şirkətlərini elektrik enerjisi kəsirinin azaldılmasına yönəlmiş layihələrdə iştirak etməyə dəvət edib.
O, həmçinin “KazMunaiGas” və “Turkiye Petroleum” arasında əməkdaşlığın səmərəli olacağına əminliyini ifadə edib.
Görüş zamanı hər iki tərəf Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, ticarətin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.
Mövzular:
Qazaxıstan Türkiyə prezident səfər görüş Ərdoğan Tokayev

Digər Xəbərlər