Reklam resmi
Reklam resmi

Medvedev-Tramp Avropanı "əzdi"

Medvedev-Tramp Avropanı \"əzdi\"
Dünya

Trampın ticarət sazişi Avropanı "əzdi", – Medvedev bildirib.

Ajans.az xəbər verir ki, Dmitri Medvedev qeyd edib ki, ABŞ lideri bəyanatlarında və addımlarında qeyri-sabit olsa da, bir məsələdə kifayət qədər ardıcıl davranır: o, "ölkəsinin iqtisadi maraqlarını aqressiv şəkildə irəli aparır".

ABŞ ilə Avropa İttifaqı (Aİ) arasında imzalanmış yeni ticarət sazişi Vaşinqtonun maraqlarına xidmət edir, lakin avropalılar üçün tamamilə alçaldıcıdır. Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib.

“[ABŞ Prezidenti Donald] Tramp Avropanı əzdi,” – deyə o, Telegram kanalında yazıb. “Aİ ilə əldə olunan yeni ‘saziş’:
a) Avropalılar üçün tam bir alçalma sayılır, çünki yalnız ABŞ-ın maraqlarına xidmət edir – Avropa bazarını müdafiəsiz qoyur və ABŞ məhsullarına tətbiq olunan rüsumları sıfırlayır;
b) ABŞ-dan baha enerji almaq məcburiyyəti səbəbindən Aİ-nin bir çox ölkəsində sənaye və kənd təsərrüfatı üçün böyük əlavə xərclər yaradır;
c) Avropadan ABŞ-a böyük miqdarda investisiya axınına səbəb olur,” – deyə Medvedev qeyd edib.

O əlavə edib ki, sadə avropalılara ancaq acımaq qalır: “Yəqin ki, onlar artıq Brüsseli basqına almalı və bütün Avropa Komissiyası üzvlərini, o cümlədən ‘dəli qoca cadugər’ Ursula (Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen – TASS) ilə birlikdə asmalıdırlar.” O, daha sonra əlavə edib: “Bu, vəziyyəti düzəltməz, amma heç olmasa əyləncəli olar.”

Medvedev onu da vurğulayıb ki, Tramp bəyanat və addımlarında qeyri-sabit olsa da, bir məsələdə sabitlik nümayiş etdirir – o, “ölkəsinin iqtisadi maraqlarını aqressiv şəkildə irəli aparır.”

Mövzular:
tramp avropa medvedev

Digər Xəbərlər