Reklam resmi
Reklam resmi

FHN Mətbuat xidməti- Yanğınsöndürmə işləri fasiləsiz davam etdirilir-VİDEO

FHN Mətbuat xidməti- Yanğınsöndürmə işləri fasiləsiz davam etdirilir-VİDEO
Cəmiyyət

Məlumat verildiyi kimi Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Ajans.az xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıbzırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

Relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
FHN Ağdam Xocalı Xocavənd Füzuli Ağdərə

Digər Xəbərlər