Dəhşətli qəza- 3 ölü, 2 yaralı
Ankara-Niğdə Avtomobil Yolu, Konya’nın Kulu Gömrük Məntəqəsi yaxınlığında avtomobilin aşıb 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ajans.az xəbər verir ki, Qəza Ankara-Niğdə Avtomobil Yolunun Konya, Kulu Gömrük Məntəqəsi yaxınlığında baş verib. Məlumata görə, sürücüsü məlum olmayan 31 ADS 005 nömrəli avtomobil idarəetmədən çıxaraq aşıb. Qəzada təxminən 14 yaşında olan bir uşaq hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sürücü, Ömər Fevzi Doğan (23), M.Z.K. və M.G. yaralanıb. Hadisə yerinə təcili tibbi və polis briqadaları çağırılıb. Yaralılardan sürücü Şərəflikoçhisar Dövlət Xəstəxanasına, Ömər Fevzi Doğan, M.Z.K. və M.G. isə Kulu Regional Dövlət Xəstəxanasına yerləşdirilərək müalicəyə götürülüblər. Yaralılardan vəziyyəti ağır olan sürücü Şərəflikoçhisar Xəstəxanasına köçürülüb, lakin o və Ömər Fevzi Doğan Kulu xəstəxanasında həyatını itirib. Qəza ilə bağlı araşdırma davam edir.