Makron nazirlə dalaşıb
Makron nazirlə mübahisə edib.
Ajans.az xəbər verir ki, Fransa Daxili İşlər Naziri Bryuno Retayo ilə ölkə prezidenti Emmanuel Makron arasında gərginlik yaranır. Bu barədə Le Parisien nəşri mənbələrə istinadən məlumat verib.
Məlumata görə, Makronun siyasi müttəfiqi olmayan Retayo bir neçə dəfə prezidentə qarşı “tənqidi çıxışlarla” seçilib. Lakin bir çox nazirlər bunu qəbul etmir, çünki ölkədə təhlükəsizliklə bağlı kifayət qədər problem var və Retayonun fəaliyyəti suallar doğurur.
Yaxın günlərdə Makron sonuncu nazirlər toplantısında Retayonun ona olan münasibətinə diqqət çəkib və Fransanın cənubunda cinayətkarlığın artması ilə bağlı vəziyyət barədə onu sorğu-suala tutub.
Bundan əvvəl Makron və həyat yoldaşı Brijit ABŞ-ın Delaver ştatında jurnalist Kendis Ovensə qarşı məhkəmə iddiası qaldırıblar. Jurnalist iddia etmişdi ki, Fransa prezidentinin həyat yoldaşı əslində “kişi”dir.