Reklam resmi
Reklam resmi

İsrail Suriya ordusunun Homsdakı anbarlarına ZƏRBƏLƏR ENDİRDİ

İsrail Suriya ordusunun Homsdakı anbarlarına ZƏRBƏLƏR ENDİRDİ
Dünya

İsrail Hərbi Hava Qüvvələri günün ikinci yarısında Suriya ordusunun ölkənin mərkəzi hissəsindəki Homs əyalətində yerləşən anbarlarına hava zərbələri endirib.

Ajans.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail aviasiyası əyalətin inzibati mərkəzi olan Homs şəhərindən təxminən 100 km cənub-şərqdə yerləşən Şinşar bölgəsinə hücum edib. Hücumun nəticələri barədə hələlik məlumat verilməyib.

İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl Suriyanın hökumət qüvvələrinin Əs-Suveyda şəhəri və druzların kompakt yaşadığı əraziləri tərk etməyəcəyi təqdirdə hücumlarla bağlı xəbərdarlıq etmişdi.

Mövzular:
İsrail Suriya hücum zərbə vurmaq anbar

Digər Xəbərlər