Mərkəzi Bankın sədrindən AÇIQLAMA: Avronun bahalaşması...
Avrozonanın Azərbaycanın idxalında payı 12,1% təşkil edir.
Ajans.az xəbər verir ki, bu barədə Mərkəzi Bank sədri Taleh Kazımov jurnalistlərə avronun kəskin bahalaşmasının təsirlərinə münasibət bildirərkən deyib:
"Avrozonada qiymətlərin kəskin bahalaşması şəraitində idxalçılar alternativ bazarlar axtaracaq. Hazırkı şəraitdə kəskin təsirlər gözlənilmir. Növbəti ildə nominal effektiv məzənnənin möhkəmlənməsinin daha yüksək olacağı gözləniləndir. Bu, dolların daha da ucuzlaşacağı dayanıqlı deyil. Dollar inkesinin 20 illik tartixçəsinə nəzər salsaq, aşağı xətt 80, orta 101, yuxarı xətt 126 olub. Növnəti müddətdə ortaya qayıdış prosesinin baş verəcəyini düşünürük".
Mövzular: