Sabah Şəki və Zaqatalanın bu kəndlərində...
Sabahdan Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.
Ajans.az xəbər verir ki, bu barədə Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərini təbii qazla təmin edən daşıyıcı orta təzyiqli qaz kəmərlərinin kipliyə sınaq olunması məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu, Cumakənd kəndlərində 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315 mm-lik qaz xəttindən verilmiş çıxışların yerüstü qaz xəttinə qoşulması məqsədi ilə 25 iyul tarixdə saat 09:30-dan işlər yekunlaşanadək S.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi, A.Əfəndiyev küçələrində 463 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhməd qızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə sabah saat 09:30-dan işlər yekunlaşanadək Zaqatala rayon Çökəkoba kəndində 380 əhali abonentinin qaz təchizatı dayandırılacaq.
Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.