İki avtobus marşrutunun sxemi dəyişdiriləcək
24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolu keçidində (Puta–Abşeron mənzilinin tək yolu) aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat verib.
Məhdudiyyət səbəbindən marşrutların hərəkəti müvəqqəti olaraq aşağıdakı istiqamətlər üzrə təşkil olunacaq:
- 126 nömrəli marşrut:
Şonqar qəsəbəsi – Dəmir yolu keçidi
Dəmir yolu keçidi – “Sədərək” ticarət mərkəzi
- 554 nömrəli marşrut:
Güzdək qəsəbəsi – Dəmir yolu keçidi
Dəmir yolu keçidi – Lökbatan qəsəbəsi.
Mövzular: