Reklam resmi
Reklam resmi

Oreşkin çağırış etdi

Oreşkin  çağırış etdi
Dünya

Oreşkin qlobal iqtisadiyyat üçün əsas çağırışı açıqladı.

Ajans.az  xəbər verir ki, Yer kürəsində əhalinin azalması qlobal iqtisadiyyat üçün əsas çağırış olacaq. Bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin bəyan edib. Onun sözlərini TASS yayıb.

Oreşkinin sözlərinə görə, bu depopulyasiya prosesi 2040-cı illərdən başlayacaq — həmin dövrdə Yer əhalisi maksimum səviyyəyə çatacaq, bundan sonra isə azalma müşahidə olunacaq. O qeyd edib ki, bu mövzu yaxın illərdə daha çox gündəmdə olacaq. Halbuki əvvəllər əsas müzakirə mövzusu insanlığın əhali artımı ilə necə başa çıxacağı, Yer üzündə qida və enerji resurslarının kifayət edib-etməyəcəyi idi.

“Sivilizasiyamız üçün əsas risk — onun məhv olması və depopulyasiyadır,” — deyə Oreşkin vurğulayıb.

Onun fikrincə, yeni iqtisadi yüksəliş ilk olaraq Cənubi Asiya ölkələrində, daha sonra isə Afrikada müşahidə olunacaq.

BMT-nin proqnozlarına əsasən, Yer əhalisi 2084-cü ildə maksimum həddə — 10,3 milyard nəfərə çatacaq. Lakin əsrin sonuna doğru bu rəqəm 200 milyon nəfər azalacaq.

Mövzular:
çağırış Oreşkin

Digər Xəbərlər