NATO-nun rolu ifşa olundu
NATO-nun Ukraynaya yardımdakı rolu ifşa olundu.
Ajans.az xəbər verir ki, NATO Ukraynaya hərbi yardımın çatdırılmasını koordinator edir – əsasən artilleriya mərmiləri və döyüş sursatları üzrə. Bu barədə Associated Press (AP) alyansın nümayəndəsinə istinadla məlumat yayıb.
"Alyans, ABŞ-dan müvəqqəti dayandırılmış yardımlar da daxil olmaqla, döyüş sursatları və artilleriya mərmiləri kimi hərbi yardımların çatdırılmasını koordinasiya etməyə davam edir," – deyə agentlik anonim mənbənin sözlərini sitat gətirib.
Bundan əvvəl, NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrini Ukrayna Silahlı Qüvvələrinə göndərmək üçün ABŞ-dan silah almağa çağırmışdı.
14 iyulda ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ və NATO Ukraynaya, o cümlədən Patriot hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, silah tədarükü barədə razılıq əldə ediblər.