Reklam resmi
Reklam resmi

Baş Nazir vəzifəsini tərk etmədi

Baş Nazir  vəzifəsini tərk etmədi
Dünya

Ölkənin baş naziri seçkilərdə məğlubiyyətə baxmayaraq vəzifəsində qalmağa qərar verib.

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Yaponiya Baş naziri Şigeru İshiba parlamentin yuxarı palatasında hakim koalisiyanın seçkilərdə məğlubiyyətindən sonra vəzifəsində qalmağa qərar verib. Bu barədə Nikkei Asia məlumat verib.

“Seçkilərin nəticələri ilə bağlı ciddi məsuliyyətimizi dərk etsək də, ölkəyə və xalqımıza qarşı öhdəliklərimizi yerinə yetirməli və siyasətin iflic olmamasını təmin etməliyik,” — deyə o bildirib.

Əvvəlcə The Washington Post qəzeti yazmışdı ki, Yaponiya hakim koalisiyası parlamentin yuxarı palatasında əksəriyyəti itirib. Nəşrin fikrincə, bu məğlubiyyət Şigeru İshibanın mövqeyini təhlükə altına qoyur və ABŞ ilə ticarət danışıqlarını çətinləşdirə bilər.

Mövzular:
baş nazir seçki vəzifə yaponiya

Digər Xəbərlər