Rusiya: 17 Ukrayna dronu vuruldu
Rusiya bölgəsində 17 Ukrayna PUA-sının məhv edildiyi bildirildi.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Orlov vilayətinin qubernatoru Andrey Klıçkov son sutka ərzində bölgə üzərində 17 Ukrayna pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. Təfərrüatları o, Telegram kanalında paylaşıb.
Rusiya bölgəsinin rəhbəri hadisə nəticəsində heç bir mülki şəxsin xəsarət almadığını qeyd edib. Klıçkovun sözlərinə görə, yer səviyyəsində ciddi dağıntıların qarşısını almaq mümkün olub.
O əlavə edib ki, güc strukturlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işlərə başlayıblar. Orlov vilayətinin qubernatoru Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələrinə təşəkkür edib.
Bundan əvvəl də Orlov vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə (USQ) məxsus beş pilotsuz aparat məhv edilmişdi. Həmin vaxt da xəsarət alanlar barədə məlumat verilməmişdi.
Daha öncə Klıçkov bildirmişdi ki, Orlov vilayəti Ukrayna Silahlı Qüvvələri tərəfindən kütləvi hücuma məruz qalıb.