Reklam resmi
Reklam resmi

Yanacaq anbarında dəhşətli yanğın- Bu ölkədə

Yanacaq anbarında  dəhşətli yanğın- Bu ölkədə
Dünya

İranın Sistan və Bəlucistan əyalətinin Səravan şəhərinin Kuhak kəndində yanacaq anbarında güclü yanğın baş verib.

Ajans.az  İran KİV-ə istinadən xəbər verir ki, Kuhakda yanğınsöndürmə məntəqəsinin olmaması və Əsfəndəkdən göndərilən yanğınsöndürmə avtomobillərinin gecikməsi zərərin artmasına səbəb olub. Gələn avtomobillərdən biri isə əvvəlcə texniki nasazlıq səbəbindən işə düşməyib və yalnız təmir edildikdən sonra müdaxiləyə başlaya bilib.

Hazırda insan itkisi və ya yaralanmalarla bağlı rəsmi məlumat verilməyib.

Yerli sakinlər bildirirlər ki, bölgədə sabit iş yerlərinin olmaması səbəbilə bir çox insan risklərə baxmayaraq, yanacaq daşımaqla məşğul olur. Bu da bənzər təhlükəli hadisələrin tez-tez baş verməsinə şərait yaradır.

Mövzular:
iran Sistan yanğın

Digər Xəbərlər