Macarıstan sanksiya tətbiq edib
Macarıstan üç ukraynalı hərbi rəhbərə qarşı sanksiyalar tətbiq edib.
Ajans.az Lenta ru-ya istinadən xəbər verir ki, Macarıstan zorla orduya çağırışa cavabdeh olan üç ukraynalı hərbi rəhbərə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto TASS-a açıqlama verib.
"Ora Brüsseldə biz üç yüksək rütbəli ukraynalı hərbçinin Avropa İttifaqının sanksiya siyahısına salınmasını təşəbbüs etdik (...) Hələ bu baş vermədiyi üçün, bu gün həmin üç şəxsin Macarıstana girişinə qadağa qoyulması ilə bağlı tədbir gördük", – deyə o bildirib.
Macarıstanın xarici işlər nazirinin sözlərinə görə, Budapeşt Avropa İttifaqına bu siyahıya Ukraynanın Quru Qoşunları Qərargah rəisinin, Qərb Operativ Komandanlığının komandanının və Ukrayna Müdafiə Nazirliyinin səfərbərlik idarəsinin rəhbərinin daxil edilməsini təklif edib.
Siyyarto daha əvvəl Avropa İttifaqı liderlərinin Ukraynada zorakı səfərbərliyə göz yummasını şokedici adlandırmışdı. O, həmçinin Zakarpatiyadan olan macar əsilli vətəndaş Yojef Şebeştienin Ukrayna hərbi komissarlığı tərəfindən zorakılığa məruz qalmasını “qəbuledilməz” adlandırmışdı.