Reklam resmi
Reklam resmi

Netanyahu tərəfdarlarını itirir

Netanyahu tərəfdarlarını itirir
Dünya

“ŞAS” partiyası (İsrailin ultra-dini siyasi partiyası – red) Qüdsdə keçirilən Tövrat Müdrikləri Şurasının iclasından sonra İsrail hökumətindən çıxdığını elan edib.

Ajans.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Bununla belə, partiya hələlik Baş nazir Benyamin Netanyahunun koalisiyasının bir hissəsi olaraq qalır və seçkilərin keçirilməsini tələb etmir. “ŞAS” nazirlərinin sabah səhər istefa verəcəyi gözlənilir.

Partiyanın bəyanatında Tövrat tələbələrinin statusunun ciddi və qəbuledilməz şəkildə aşağı salınmasından danışılıb, buna görə də hökumətdə gələcək iştirakı müzakirə etmək üçün şura çağırılıb.

Mövzular:
İsrail ŞAS partiya din siyasət Qüds Tövrat

Digər Xəbərlər