Reklam resmi
Reklam resmi

Paşinyan: Ermənistan KTMT-dən çıxa bilər

Paşinyan: Ermənistan KTMT-dən çıxa bilər
Dünya

Paşinyan: Ermənistanın KTMT-dən çıxma ehtimalı daha yüksəkdir.

Ajans.az Tass-a istinadən xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü bərpa etməkdən daha çox, təşkilatdan çıxması ehtimalı var.

“Bizim KTMT-yə üzvlüyümüzü bərpa etməyimizdənsə, təşkilatdan çıxma ehtimalımız daha yüksəkdir,” – deyə Paşinyan mətbuat konfransında bildirib.

Daha əvvəl Paşinyan demişdi ki, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan təşkilatın fəaliyyətində iştirakını dondurub.

Ötən ilin dekabrında o bildirmişdi ki, Ermənistan ilə KTMT arasındakı münasibətlər “geri dönüşü olmayan nöqtəni” keçib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə ölkəsinin KTMT-dən çıxacağı təqdirdə yarana biləcək riskləri hesabladığını demişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, bu addım Ermənistanın təhlükəsizliyini artırmır və İrəvanın təşkilatda tam fəaliyyətə qayıtması zaman alacaq.

Mövzular:
Paşinyan Ermənistan KTMT

Digər Xəbərlər