Ajans.az yazdı: Dövlət Sərhəd Xidməti, FHN, İcra hakimiyyəti hərəkətə keçdi
14 iyul tarixində Xaçmaz rayonunun Niyazoba kəndi çimərliyi ərazisində balıqçı torlarının quraşdırıldığı haqqında məlumat vermişdik. Çimərliyin vətəndaşlar tərəfindən istifadə olunan həmin zonalarında yerləşdirilən balıqçı torları ora gələn əhali üçün ciddi təhlükə mənbəyi hesab olunurdu.
Mövzu Ajans.az tərəfindən işıqlandırıldıqdan dərhal sonra məsələnin həlli üçün aidiyyəti qurumlar tədbirlərə başlayıb.
Xaçmaz Rayon İcra Hakimiyyətindən Ajans.az-a bildirilib ki, Niyazoba kəndi, dəniz çimərliyi ərazisində quraşdırılan balıq torları 15.07.2025-ci il tarixində Dövlət Sərhəd Xidməti və Sularda Xilasetmə işçilərinin iştirakı ilə yığışdırılmışdır.

Mövzular: