Reklam resmi
Reklam resmi

İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu
Dünya

İranın Simnan vilayətinin Şahrud mahalının Əmiriyyə bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.

Ajans.az xəbər verir ki, bu barədə Şahrud rayonunun qubernatoru Abutaleb Cəlali bildirib.

O, yeraltı təkanların bu gün yerli vaxtla saat 10:44-də qeydə alındığını söyləyib.

Cəlali zəlzələnin episentrinin Şahrudun Əmiriyyə bölgəsində olduğunu və zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyini bildirib.

Qızıl Aypara qrupları bölgəyə göndərilib.

Mövzular:
zəlzələ İran Simnan vilayəti

Digər Xəbərlər