Reklam resmi
Reklam resmi

Rusiyada dron məlumatına qadağa

Rusiyada dron məlumatına qadağa
Dünya

Rusiyada dronlar barədə məlumat paylaşmaq qadağan edilib

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,Tambov vilayətinin rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinin (USQ) dron hücumlarının gedişi və nəticələri, həmçinin hava hücumundan müdafiə (HƏM) sistemlərinin fəaliyyəti barədə məlumatların, foto və video materialların dərcinə qadağa tətbiq edib. Bu barədə bölgənin müvəqqəti qubernatoru Yevgeni Pervışov Telegram-da məlumat verib.

O izah edib ki, qadağa yalnız kütləvi informasiya vasitələrinə deyil, ümumilikdə internetdəki paylaşımlara, o cümlədən kiçik ictimai səhifələrə, şəxsi sosial şəbəkə profillərinə və messencerlərdəki yazışmalara da şamil olunur. “Söhbət dron uçuşları, onların radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilməsi və hava hücumundan müdafiə bölmələri tərəfindən vurulması, eləcə də USQ-nin dron hücumlarının nəticələri barədə məlumatlardan gedir. Təbii ki, hərbi obyektlərin, HƏM və radioelektron mübarizə sistemlərinin yerləşdiyi yerlərlə bağlı məlumatların dərcinə qətiyyən icazə verilmir,” – deyə Pervışov qeyd edib.

Mövzular:
dron qadağa rusiya

Digər Xəbərlər