Kellogg Kiyevə gəlib
ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə səfərinə başlayıb. Daha əvvəl Tramp ABŞ-ın müharibədən zərər çəkmiş bu ölkəyə Patriot hava hücumundan müdafiə sistemləri göndərəcəyini elan etmişdi.
Ajans.az dw.com-a istinadən xəbər verir ki, ABŞ və Rusiya arasında artan gərginlik fonunda ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Kiyevə gəlib. Səfərin məqsədi Moskva əleyhinə təhlükəsizlik və sanksiyalar məsələlərini müzakirə etməkdir.
Kelloq-un səfərinin təxminən bir həftə davam edəcəyi gözlənilir. Bu səfər, Donald Trampın Ukraynaya Patriot hava hücumundan müdafiə raketləri göndəriləcəyini elan etməsindən sonra baş tutur.
ABŞ prezidentinin bu açıqlaması, bazar ertəsi Rusiyaya dair “əlamətdar bir bəyanat” verəcəyini deməsindən sonra gəlib.
Mövzular: