Təyyarəyə Lazer hücumu
Rusiyanın “Pobeda” aviaşirkətinin pilotlarını vurmağa cəhd ediblər.
Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Rusiyanın “Pobeda” aviaşirkətinin pilotlarını göydə lazerlə vurmağa cəhd ediblər.
12 iyulda sərnişinlərlə dolu Boeing 737-800 təyyarəsi Kalininqraddan Moskvaya uçuş həyata keçirirdi. Təyyarə paytaxtdan 83 kilometr şimal-qərbdə, 2,4 min metr yüksəklikdə olarkən, naməlum şəxslər ekipaj kabinəsinə yaşıl lazer şüası yönəldiblər.
Hadisəyə baxmayaraq, pilotlar uçuşu davam etdiriblər. Şeremetyevo hava limanına eniş uğurla başa çatıb.
Bundan əvvəl Londonda biznes-jet havaya qalxdıqdan dərhal sonra qəzaya uğramışdı. Hadisə şahidlərinin sözlərinə görə, göydə nəhəng bir alov topu görünmüşdü.
Mövzular: