Reklam resmi
Reklam resmi

Rusiya və Çin rəsmiləri Ukrayna böhranını MÜZAKİRƏ EDİBLƏR

Rusiya və Çin rəsmiləri Ukrayna böhranını MÜZAKİRƏ EDİBLƏR
Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq İ ABŞ ilə münasibətləri və Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Pekində keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.

"Tərəflər həmçinin Birləşmiş Ştatlar ilə münasibətləri və Ukrayna böhranının BMT Nizamnaməsinin prinsiplərinə uyğun həlli perspektivlərini müzakirə ediblər", - məlumatda vurğulanıb.

Görüş zamanı digər aktual mövzulara, o cümlədən İran-İsrail münaqişəsi və Koreya yarımadasındakı vəziyyətə toxunulub.

Mövzular:
Rusiya Çin rəsmi XİN görüş müzakirə

Digər Xəbərlər