Trampın tarif tətbiqi
Aİ Kanadaya 35% tarif tətbiq edən Trampın addımından sonra gərginliyin artmasına hazırlaşır.
Ajans.az euronews-a istinadən xəbər verir ki, Kanada avqustun əvvəlindən ABŞ-a ixrac etdiyi məhsullara görə 35% tariflə üzləşəcək. Bu barədə ABŞ Prezidenti Donald Trampın Truth Social platformasında yayımladığı məktubda qeyd olunub.
Məktubda Tramp Kanada Baş naziri Mark Karniyə bildirib ki, yeni tarif avqustun 1-dən qüvvəyə minəcək.
Hər iki ölkə iyulun 21-dək ticarət razılaşmasına gəlmək üçün danışıqlar aparırdı, lakin Trampın təhdidi bu son tarixin dəyişə biləcəyini göstərir.
ABŞ prezidenti həmçinin bildirib ki, Avropa İttifaqına da məktub göndəriləcək, bu isə Aİ-nin avqustun 1-dək razılaşma əldə etmək planının uğursuz getdiyini göstərir.
Mövzular: